Türkiyədə yenə zəlzələ oldu

11 Avqust 2019 09:17

Türkiyənin Elazığ vilayətində 3,6 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, yeraltı təkanların episentri Kovancılar rayonunda, ocağı isə 6,97 kilometr dərinlikdə yerləşib.

Boğaziçi İnstitutunun Kandili Rəsədxanasının verdiyi məlumata əsasən, 3,5 bal gücündə olan zəlzələnin episentri Karakoçan əyalətində yerləşib.

Milli.Az