Gürcüstanın milli valyutası ucuzlaşmaqda davam edir

11 Avqust 2019 07:22

Gürcüstanın milli valyutası ucuzlaşmaqda davam edir. Gürcüstan Milli Bankının dövriyyəyə əlavə pul kütləsi daxil etməsinə və hərracda daha aşağı kursla xarici valyuta satmasına baxmayaraq milli valyuta GEL ucuzlaşır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Gürcüstan Milli Bankının müəyyən etdiyi məzənnəyə əsasən, avqustun 10-da valyutadəyişmə məntəqələrində 1 ABŞ dolları 2,9360 GEL-ə dəyişdirilib.

Bu gün 1 avro 3,2898, 1 funt sterlinq 3,5511 GEL-ə dəyişdirilir.

Gürcüstan kommersiya banklarında isə GEL xarici valyutalara nisbətən daha çox ucuzlaşıb.

Milli.Az