Atambayevin əmlakına həbs qoyuldu

10 Avqust 2019 13:32

Qırğızıstan məhkəməsi sabiq prezident Almazbek Atambayevin əmlakına həbs qoyub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, həbs qoyulan A.Atambayevin nəzarətində olan "Aprel" telekanalıdır. Bu barədə xəbəri telekanalın mətbuat xidmətindən də təsdiqləyiblər.

Xatırladaq ki, avqustun 7-i axşam saatlarında Almazbek Atambayevin saxlanması üçün xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı baş vermiş atışma nəticəsində 100-ə yaxın şəxs yaralanıb, bir neçə xüsusi təyinatlı sabiq prezidentin tərəfdarları tərəfindən girov götürülüb. Avqustun 8-i A.Atambayev polisə təslim olub. Sabiq prezidentə qarşı korrupsiya ittihamları irəli sürülüb.

Milli.Az