Zaqataladakı zəlzələ ətraf rayonlarda 5 bala qədər hiss olunub - YENİLƏNİB

10 Avqust 2019 13:14

13:14

Yerli vaxtla saat 11:35-də Zaqatala stansiyasından 18 km cənub-qərbdə Zaqatala ərazisində zəlzələ qeydə alınıb.

Milli.Az bildirir ki, AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.

---------
12:00

Bir neçə dəqiqə əvvəl Zaqatala rayonunda zəlzələ olub. 

Milli.Az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı qafqazinfo-ya açıqlamasında bildiriib ki, yeraltı təkanın maqnitudası 4,9 bal gücündə olub.

Zəlzələ Balakən, Zaqatala, Qax və Oğuz rayonlarında hiss olunub.

Milli.Az