"Tottenhem"də yeni müqavilə

10 Avqust 2019 12:27

"Tottenhem" futbolçusu Lukas Moura ilə yeni müqavilə imzalayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 26 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə müqavilənin müddəti 2024-cü ilin iyununa qədər uzadılıb.

Qeyd edək ki, Moura 2018-ci ilin yanvarından PSJ-dən İngiltərə təmsilçisinə transfer olunub. O, ötən mövsüm 49 matçda 15 qol vurub, 2 qolun ötürməsini verib.

Milli.Az