Bakıda iki gənc bıçaqlandı

10 Avqust 2019 11:09

Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, hadisə rayonun Bakıxanov qəsəbəsində qeydə alınıb.

20 yaşlı Bayramov Fərhad Əli oğlu və ilə 19 yaşlı Xəlilov Pərviz Elxan oğlu naməlum şəxs tərəfindən bıçaqlanıblar. Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya gətiriliblər. 

Hər iki yaralıya bədənin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. 
Faktla bağlı araşdırma aparılır. 

Milli.Az