Bakı sakinindən tüfəng və patronları götürüldü

9 Avqust 2019 19:29

Bakı şəhər sakini R.Muradovdan tüfəng və 6 ədəd patron götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Nəsimi RPİ-nin əməkdaşları tərəfindən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Muradovdan lüləsi və qundağı kəsilib, nömrəsi silnmiş "TOZ-8" markalı tüfəng və 6 ədəd patron götürülüb.

Milli.Az