Metro yaxınlığında bıçaqlanma

13 Aprel 2010 11:48
Bakı şəhər Baş Polis İdarəsindən Milli.Az xəbər portalına daxil olan məlumata görə, aprelin 12-də Əzizbəyov metro stansiyası yaxınlığında Ramana qəsəbə sakini Eltac Nəcəfov ürək nahiyəsindən bıçaqlanıb. O, daxilə nüfuz edən bıçaq xəsarətləri ilə 3 saylı xəstəxanaya gətirilib.

Nizami rayon Polis İdarəsinin 25-ci polis polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində hadisədə təqsirli bilinən Masallı rayon sakini Peyman Kərimov tutulub.

Anar Məmmədov
Milli.Az