Qatarların hərəkətində ləngimələr olub - SƏBƏBİ

9 Avqust 2019 11:07

Kəskin hava şəraiti ilə əlaqədar olaraq, Bakı-Sumqayıt-Bakı marşrutunda hərəkət edən elektrik qatarlarının hərəkətində ləngimələr qeydə alınıb.

"Azərbaycan Dəmir Yolları" QSC-dən Milli.Az-a bildirilib ki, ləngimələrin yaranmasına səbəb hava şəraiti ilə əlaqədar olaraq, bütün qatarların hərəkətinə surət məhdudiyyətinin qoyulmasıdır.

Milli.Az