"Beşiktaş" Fransadan futbolçu aldı

9 Avqust 2019 11:01

"Beşiktaş" növbəti transferini reallaşdırıb.

Milli.Az xəbər verir ki, İstanbul təmsilçisi Fransanın "Qenqam" klubunun sol cinah müdaiəçisi Pedro Rebeşunu icarəyə götürüb. Liqa 1 təmsilçisi portuqaliyalı futbolçunu satın alma şərti ilə "Beşiktaş"a icarəyə verdiyini açıqlayıb.

"Benfika"nın yetirməsi 2017-ci ildən çıxış etdiyi "Qenqam"da 57 oyun keçirib. 24 yaşlı futbolçu ötən mövsüm Liqa 1-də 36 oyuna 8 assist edib.

Milli.Az