Narkotiklərdən zəhərlənən uşaq xəstəxanaya yerləşdirildi

8 Avqust 2019 18:50

İspaniyanın Valensiya şəhərində 15 aylıq uşaq narkotik zəhərlənməsi ilə xəstəxanaya çatdırılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, uşağın kəllə-beyin travmaları aldığı məlum olub.

Onun 19 yaşlı anası bildirib ki, körpə daim yuxulu vəziyyətdə olub və bir neçə dəfə yıxılıb.

Aparılan yoxlamalar nəticəsində uşağın qanında kokain və marixuana aşkar edilib.

Nəticədə uşaq valideynlərin əlindən alınıb, onların barəsində araşdırma başlayıb.

Milli.Az