“Qarabağ”dan Mahir Emreli açıqlaması - “Bəli, rəsmi təkliflər var”

8 Avqust 2019 16:35

"Qarabağ" futbolçusu Mahir Emreli ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Milli.Az xəbər verir ki, klubun direktoru Emrah Çelikel qol.az saytına açıqlamasında 21 yaşlı hücumçuyla bağlı xarici klublardan onlara rəsmi və qeyri-rəsmi təkliflər olduğunu təsdiqləyib.

"Bəli, Mahirə görə rəsmi və qeyri-rəsmi təkliflər var. Amma biz hazırda APOEL-lə Çempionlar Liqasında keçirəcəyimiz növbəti oyun haqda düşünürük. Gələn həftə keçirəcəyimiz həmin matçdan sonra bu barədə lazımi geniş açıqlama veriləcək", - E.Çelikel bildirib.

Azərbaycan, Türkiyə və İspaniya mətbuatında yayılan xəbərlərə əsasən, Türkiyənin Superliqa təmsilçiləri "Trabzonspor" və "Gənclərbirliyi", həmçinin İspaniya Sequndasında çıxış edən "Estremadura", "Malaqa" və "Almeriya"nın Mahirlə maraqlandığı iddia olunur.

Milli.Az