Azərbaycanda mənzil sahibi evin texniki pasportunu öz adına keçirmək üçün nə etməlidir?
1 Noyabr 2011 13:11
Milli.Az xəbər portalının məlumatına görə, Day.Az saytına müraciət etmiş sakin yazır: "İçərişəhərdə mənzil almaq istəyirəm. Onun 1998-ci ildə verilmiş texniki pasportu var. Onu öz adıma keçirə və çıxarış ala bilərəmmi?"
Hüquqşünas Elçin Qəmbərov razılaşmanın notarial qaydada olmasının vacibliyini bildirib: "Daşınmaz əmlakın alqı-satqısı haqda razılaşma notarial qaydada təsdiqlənmiş sənədlər (çıxarış, şəxsiyyət vəsiqəsinin surəti və sair) əsasında imzalanır. Əksər insanlar çıxarışın olmadığı mənzili almır. Odur ki, oxucunuz, təbii ki, mənzilin hazırki sahibinin bu sənədi qeydiyyatdan keçirməsini gözləməli, mənzili bundan sonra almalıdır. Amma o, texniki pasportu öz adına keçirmək və sonradan çıxarışı özü almaq istəyirsə, bu halda yeni mənzilə qeydiyyata düşməli, evin əvvəlki sahibi isə oradan qeydiyyatdan çıxmalıdır. Bundan sonra o, mülkiyyət hüququnun tanınması üçün iddia ərizəsi yazmalıdır".
Hüquqşünasın sözlərinə görə, iddiaçı məhkəmədən mülkiyyət üzərində sahiblik hüququnun ona malik olduğunu təsdiqləməsini istəməlidir: "O, yalnız bu halda texniki pasportu öz adına keçirə və çıxarış ala bilər".
Milli.Az