"Barselona"nın sabiq hücumçusu Kanada klubunda

8 Avqust 2019 10:18

"Barselona"nın sabiq futbolçusu Boyan Krkiç karyerasını Kanadada davam etdirəcək.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, 28 yaşlı serb əsilli ispaniyalı hücumçu MLS-də çıxış edən "Monreal" ilə 1,5 illik müqavilə bağlayıb.

Qeyd edək ki, Krkiç "Barselona"nın yetirməsidi. Kataloniya klubu 2011-ci ildə 12 milyon avroya "Roma"ya satdığı futbolçunu 2 il sonra 13 milyon avroya geri qaytarıb. Hücumçu 2014-cü ildə 1.8 milyn avroya "Stok Siti"yə transfer olunub. O, "Barselona", "Roma" və "Stok Siti"dən başqa "Milan", "Ayaks", "Maynts 05" və "Alveş" klublarında oynayıb. Krkiç İspaniyanın aşağı yaş qrupları üzrə yığmalarında çıxış edib, A Millidə 1 oyun keçirib və Kataloniya yığmasına dəvət alıb.

Milli.Az