Model Günay Musayeva həyat yoldaşı barədə yayılan söz-söhbətə aydınlıq gətirdi
1 Noyabr 2011 11:50
Türkiyənin 3 ən bahalı modelindən olan həmyerlimiz Günay Musayevanın həyat yoldaşı Tolga Karelin avtomobilində digər xanımla yaxalanması barədə dərc olunan xəbər tək sözügedən ölkədə deyil, Azərbaycan mətbuatında da söz-söhbətə səbəb olub. Türkiyənin "Sabah" qəzetində dərc olunan məlumata Günayın Azərbaycan üzrə mətbuat nümayəndəsi Ülvi Hadiyev (Şaba) aydınlıq gətirib.
Ülvinin SİA-ya verdiyi açıqlamaya görə, yayılan xəbərlər əsassızdır: "Türk maqazinçilərinin hər şeyi şişirtmələri, məşhurları dostları ilə gördükləri zaman sevgilisi kimi qələmə vermələri adət halını alıb. Bu hadisəyə gəlincə, Tolga həftəsonu TRT kanalında yayımlanacaq "Sır kanunu" serialının yaradıcı qrupu ilə yemək yeyib restorandan ayrılarkən paparassilərin kamerasına tuş gəldi.
Serialda iki obraz canlandıracaq Tolga ilə şəkil çəkdirən qız isə sözügedən serialın rejissoru Ezer Akayının asistenti Melodidir. Həmin yeməyi də Melodi təşkil edib və görüşdə serialın pərdəarxası məqamları müzakirə olunub", - deyə Ülvi bildirib.
Türk mətbuatında yayımlanmış xəbər Tolga Kareldən hamilə olan Günayın yaxından tanıdığı Melodini də şoka salıb. Modelimiz həyat yoldaşına inandığını və uşağı məhz Tolganın təkidi ilə dünyaya gətirəcəyini də gizlətmədi.
Milli.Az