Azərbaycan rəssamları altıncı Beynəlxalq Daşkənd Müasir İncəsənət Biennalesində iştirak ediblər
1 Noyabr 2011 11:43
AzərTAc xəbər verir ki, Özbəkistanın Mədəniyyət və İdman İşləri Nazirliyinin Mədəniyyət və İncəsənət Forumu Fondu və Müasir İncəsənət Mərkəzi ilə birgə paytaxtda təşkil etdiyi altıncı Beynəlxalq Daşkənd Müasir İncəsənət Biennalesi başa çatmışdır.
Bir həftə davam edən biennaledə Azərbaycan, ABŞ, Avstriya, Argentina, Braziliya, Böyük Britaniya, Niderland, İran, Ukrayna, Vyetnam, Çin, Latviya və digər ölkələrdən gəlmiş 150-dən artıq rəssam iştirak etmişdir.
Ölkəmizi bu incəsənət bayramında gənc rəssamlar Anar Hüseynzadə, Emin Ələsgərov və Adil Yusifov təmsil etmişlər.
Biennale çərçivəsində müxtəlif nominasiyalar üzrə səkkiz sərgi, incəsənətin bu növü ilə bağlı müzakirələr və "dəyirmi masa"lar keçirilmişdir.
Təltif edilənlər arasında Azərbaycan rəssamları da olmuş, onlara sertifikatlar verilmişdir.
Milli.Az