O qədər fotoşop etdi ki, gəlinciyə bənzədildi - FOTO

7 Avqust 2019 19:20

Əməkdar artist Nüşabə Ələsgərli son günlər paylaşdığı fotolarla marağa səbəb olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçinin şəkillərdə hədsiz fotoşop etməsini izləyiciləri ələ salıblar.

Müğənni hətta şəkillərini o qədər fotoşop edib ki, üz cizgiləri tamam dəyişib. Sosial şəbəkə istifadəçiləri N.Ələsgərlini gəlinciyə bənzədiblər.

Milli.Az