"Arsenal"ın futbolçusu rəsmən "Bordo"da

7 Avqust 2019 15:44

Fransanın "Bordo" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Liqa 1 təmsilçisi İngiltərənin "Arsenal" klubunun futbolçusu Loran Koselnini transfer edib. Klubun rəsmi saytı yaydığı məlumatda 33 yaşlı fransalı futbolçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb. Bircə onun yeni komandasında 6 nömrəli formanı geyinəcəyi bəllidir.

2010-cu ildən London təmsilçisinin şərəfini qoruyan fransalı futbolçunun transferi "Bordo"ya 5 milyon avroya başa gəlib. Son mövsümdə "Arsenal"la 17 oyuna çıxan müdafiəçi 3 qola imza atıb.

Milli.Az