Mahnı sifarişi üstündə qan töküldü
13 Aprel 2010 11:07
Ucar Rayon Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, aprelin 12-də saat 22.50 radələrində Qazıqumlaq kənd sakini, 31 yaşlı Namiq Feyzullayev ov tüfəngi ilə həmkəndlisi, 35 yaşlı Eldəniz Salahov və onun atası 79 yaşlı Məmmədəli Salahovu güllələyib. Hər iki şəxs xəstəxanaya yerləşdirilsə də, E.Salahov orada dünyasını dəyişib.
Hadisə kiçik toy mərasimində baş verib. Rəqs etmək üçün musiqi sifariş verən N.Feyzullayev sifarişi yerinə yetirilmədiyindən əsəbiləşib və evindən gətirdiyi tüfənglə toy sahibləri - kiçik toyu olan uşağın babası Məmmədəli və əmisi Eldənizi güllələyib.
Faktla bağlı Ucar rayon Prokurorlğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Anar Məmmədov
Milli.Az