"Azəri Vandam" yenidən gündəmdə - FİLMƏ ÇƏKİLİR - FOTO

7 Avqust 2019 15:00

Bir müddət öncə sosial şəbəkələrdə "Azəri Vandam" kimi məşhurlaşan Zaqatala rayonu, Çobankol kənd sakini Ruslan İsmayılov filmə çəkilir.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, İsmayılov rejissor Natiq Novruzovun çəkdiyi komediya filmində kamera qarşısına keçəcək.

Qeyd edək ki, N.Novruzov daha çox vətənpərvərlik mövzusunda çəkilmiş filmlərin rejissoru kimi tanınır.

Milli.Az