Qarpız-xiyar salatı – Bədəni təmizləyir- RESEPT

6 Avqust 2019 23:30

Yəqin ki, indi əlinizdə olan qarpız və xiyarın birgə faydalı salat ola biləcəyini düşünmürsüz. Bu ikili əla vəhdət təşkil edir, həm dadlı, həm də yay günlərində orqanizmi, bədəni, böyrəkləri təmizləyir.

Milli.Az medicina.az-a istinadən salatın reseptini təqdim edir.

2 ədəd böyük xiyar soyulur, halqavari doğranılır, 200 qram qarpız kub formasında doğranılır, salat qabında birləşdirilir, yüngül qarışdırılır.
Salatın üzərinə 50 qr Feta pendiri sürtgəcdən keçirilir, təzə nanə yarpaqları səpilir, limon suyu sıxılır.

10 dəq soyuducuda saxlanılıb, süfrəyə verilir.

Milli.Az