Saç tökülməsinə qarşı ən yaxşı maska

6 Avqust 2019 21:30

Saç tökülməsi problemi dünyanı narahat edən ən qlobal məsələlərdəndir. Xüsusən də yeni ana olan xanımlar su kimi axan saçların nə olduğunu yaxşı bilirlər.

Bahalı vasitələr köməyinizə çatmır? O zaman soğanlı maskanı sınayın.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, soğanlı maska üçün 1 xörək qaşığı soğan suyu, 1 yumurtanın sarısı, 1 xörək qaşığı ayı pəncəsi yağını qarışdırıb saçlarınıza çəksəniz, möcüzə ilə rastlaşacaqsınız.

Bu maskanı cəmi 1 saat saçınızda saxlayın. Sonra şampunla yuyun. Bu prosedura həftədə iki dəfə təkrarlayın. 2 ay sonra möhtəşəm nəticənin şahidi olun.

Milli.Az