"Yuventus"dan "Mançester Siti"yə

6 Avqust 2019 17:17

"Mançester Siti"yə transfer olunacağı gözlənilən "Yuventus"un futbolçusu Joau Kanselu  İngiltərəyə gedib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, portuqaliyalı müdafiəçi bu gün İngiltərə təmsilçisində tibbi müayinədən keçəcək.

2 klub arasında razılığa əsasən, Siti-nin Kanselu üçün təklif etdiyi futbolçu Danilo isə Turinə yola düşüb. İngiltərə təmsilçisi Danilodan başqa, "Yuventus"a 28 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Konselonun "Mançester Siti"də ilinə 4.5 milyon avro, Danilonun isə "Yuventus"da 3.5 milyon avro qazanacağı iddia olunur.

Milli.Az