Van Deykdən dünyanın ən bahalı müdafiəçisinə mesaj

6 Avqust 2019 15:17

"Liverpul"un müdafiəçisi Vircil Van Deyk transfer bazarında ən bahalı müdafiəçi olan Harri Maquayr haqqında fikirlərini acıqlayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, hollandiyalı oyunçu "The Guardian" nəşrinə müsahibəsində bunları deyib: "İlk olaraq ona uğurlar arzulayıram. Mövcud vəziyyətdə mən nəsə deyə bilmərəm, zaman oyunçunun bu qiymətə layiq olub-olmadığını göstərəcək. Qiymət sadəcə göstəricidir. Çünki bu, transfer bazarıdır. Bundan əlavə transfer bazarında bu cür rəqəmlər oyunçu üzərində təzyiq yaradır. Amma İngiltərə Premyer Liqasında üstəlik top 5 klublardan olan "Mançester Yunayted"də çıxış edirsənsə, bu təzyiqlərə hazır olmalısan".

Qeyd edək ki, Harri Maquayr 80 milyon funt sterlinqə "Lester"dən "qırmızı şeytanlar"a transfer edilib. Bununla da o, ən bahalı müdafiəçi olub. Bu transferə qədər isə rekord 75 milyon funt sterliqlə Van Deykə məxsus idi.

Milli.Az