Türkiyə millisinin üzvü rəsmən "Lill"də - 16,5 milyon avro

6 Avqust 2019 14:16

Fransanın "Lill" klubu Türkiyənin "Trabzonspor" klubunun hücumameyilli yarımmüdafiəçisi Yusuf Yazıçını transfer edib.

Milli.Az klubun saytına istinadən xəbər verir ki, Türkiyə millisinin üzvü ilə 5 illik müqavilə imzalanıb.

Bu keçid üçün "bordo-mavililər"ə 16,5 milyon avro təzminat ödənilib. Bundan əlavə, Fransa klubu portuqaliyalı müdafiəçisi Edqar İeni transfer hüququ ilə Qara dəniz təmsilçisinə verib. Yazıçının növbəti satışından trabzonlulara 20 faiz pay düşəcək. 

Futbolçu 25 rəsmi oyun keçirsə, daha bir milyon avro bonus şəklində ödəniləcək. Müqavilənin detallarına əsasən, Yusuf başqa Türkiyə klubuna satıla bilməz. Belə olan halda, "Trabzonspor"a 20 milyon avro təzminat ödənməli olacaq.

22 yaşlı futbolçu "Trabzonspor"un yetirməsidir.

Milli.Az