Çavuşoğlu: "Bakı-Tbilisi-Qars Asiya üçün “Avropaya pəncərə”dir"

6 Avqust 2019 12:26

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu Asiya üçün "Avropaya pəncərə"dir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir bildirib ki, BTQ ən vacib nəqliyyat layihələrindən biridir: "Bakı-Tbilisi-Qars Çindən Avropaya yük nəqli prosesini asanlaşdıracaq".

Milli.Az