«Qalatasaray» Raykaarda yeni müqavilə təklif etdi
13 Aprel 2010 10:40
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, klub prezidenti Adnan Polat Raykaardla keçirdiyi xüsusi görüşdə ona müqaviləni 1 il uzatmağı təklif edib. "Mən Raykaarda müqaviləsinin daha 1 il uzadılmasını təklif etdim. O isə buna haqq qazanmalı olduğunu bildirdi", - deyə Polat qeyd edib: "Raykaardın Türkiyədən ayrılacağına dair xəbərlər həqiqət deyil. Gələn il də baş məşqçimiz Frank Raykaard olacaq".
Milli.Az