Azərbaycanda bir gündə 2 gənc intihar etdi

5 Avqust 2019 18:29

Ötən gün Cəlilabadda intihar hadisəsi qeydə alınıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Təbriz küçəsində baş verib.

Belə ki, 1994-cü il təvəllüdlü Qasımov Sahib özünü asaraq intihar edib. Hadisənin səbəbləri araşdırılır.

Eyni gündə daha bir intihar hadisəsi Masallıda baş verib. 1992-ci il təvəllüdlü rayon sakini Ravin Həmzəyev özünü asıb.

Onun hansı səbəbdən intihar etdiyi hələ ki, bəlli deyil.

Faktla bağlı araşdırma başlanıb.

Milli.Az