Vyetnamda “Vifa” qasırğası - 5 ölü

5 Avqust 2019 15:06

Vyetnamda tüğyan etmiş "Vifa" qasırğası azı 5 nəfərin həyatına son qoyub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, qasırğa həmçinin daşqın və torpaq sürüşmələrinə səbəb olub.

Təbii fəlakət nəticəsində 14 nəfər itkin düşmüş hesab olunur.

İki bölgədə 250-yə yaxın ev zərər çəkib. Daşqın zonasında axtarış-xilasetmə işləri aparılır.

Milli.Az