Aybəniz Haşımovanın subay qızı dilə gəldi: “Kişilərin əksəriyyəti naz edir, sevdiyi qızı...”

5 Avqust 2019 15:55

Sevgidən danışaq, yaşanmamış sevgilər... Bu sevgiləri mən ana bətnində məhv edilən uşaqlara bənzədirəm. Dünyaya gəlsəydi, bəlkə də çox gözəl olardı. Dünyanı xilas da edə bilərdi, əksinə də ola bilərdi. Bəs niyə yaşanmır? Cəsarətsizlik? Acgözlük? Yersiz qürur? Dəfələrlə bir birinə aşiq dəli kimi sevənlər görürəm, amma elə yarıda qalır hekayələri. Fərqi yoxdur, həm qız, həm də oğlanların gözləri yüksəkliklərdədir, bəziləri sevdiyi insanı sırf maddiyyata qurban verir.

Mili.Az publika.az-a istinadən xəbər verir ki, bu sözləri əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva İnstaqram-da yazıb. Blogerliklə məşğul olan Aynişan saf sevgilərin ömrünün qısa olmayından gileylənib. Subay xanım sözlərinə belə davam edib:

"Nə bilim bəziləri dost-tanış və qohumlarının beyin doldurmasına gedir, onlar axı daha yaxşı bilir sizi kim mutlu edir. Niyə belə atmosferə düşür insanlar? Fikir vermişəm ki, iki tərəfdən biri dəhşət cəsarətli, sadiq, sevən tərəf olur, o biri isə maksimum passiv. Son zamanlarda əsasən oğlanlarda (əksəriyyətində) heç bir cəsarət görsənmir. Qadın ruhlu kişilər, kişi ruhlu qadınların zamanında yaşayırıq. Kişilərin əksəriyyəti küsüb oturur, naz edir, bloka atır sevdiyi qızı. Yəni, hər halı ilə "küsmüş qız" rolunda olur. Daha bilmir necə başa salsın ki, bax a küsmüşəm. Qız isə axtarır, tapmağa çalışır, münasibəti üçün mübarizə aparır. Nə olacaq bu işlərin axrı?!"

Milli.Az