Türkiyəli məşhur aktyor vəfat etdi - FOTO

3 Avqust 2019 15:28

Türkiyənin məşhur aktyoru Cengiz Sezici 69 yaşında dünyasını dəyişib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, kino və teatr aktyoru nəfəs darlığı probleminə görə ötən gün xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq o, bu gün səhər saatlarında vəfat edib.

Qeyd edək ki, bir çox serialda rol alan C. Sezici sonuncu dəfə "Söz"də oynayıb.

Milli.Az