Abşeronda 66 yaşlı kişi özünü öldürdü

3 Avqust 2019 14:16

Abşeron rayonunda intihar hadisəsi baş verib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə avqustun 2-də baş verib. 1953-cü il təvəllüdlü Nazim Səmədov yaşadığı evdə sirkə içib və nəticədə ölüb. 

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb və istintaq hərəkətləri davam etdirilir. 

Milli.Az