Gürcüstanda 3,6 bal gücündə zəlzələ baş verib

3 Avqust 2019 08:33

Gürcüstanda 3,6 bal gücündə zəlzələ olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, zəlzələ Raça bölgəsində- Tbilisidən 294 kilometrdə baş verib.

Yeraltı təkanlar yerli vaxtla saat 20:06-da qeydə alınıb. Zəlzələnin episentri Oni şəhərindən 5 kilometr şərqdə, 14 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

Milli.Az