Tortdan fərqlənməyən ispanaqlı keks – RESEPT

1 Avqust 2019 21:25

Görünüşü və dadı ilə insanı ovsunlayan keks resepti ilə sizi tanış edəcəyik. Hətta ispanağı bəyənməyənlər də bu təamdan imtina edə bilməyəcək.  Dadına baxanda nədən hazırlandığını bilmək isə çox çətin məsələdir. 

Milli.Az medicina.az-a istinadən bildirir ki, bu keksi tort kimi də təqdim edə bilərsiniz.
 

Lazım olanlar:
 • Bir stəkan qaynadılmış və püre halına salınmış ispanaq
 • 1 stəkan maye yağ
 • 1 stəkan şəkər tozu
 • 3 yumurta
 • 1 paket qabartma tozu
 • 2 paket vanil
 • Lazım olan qədər un

Kremi üçün:
• 2 paket toz krem şanti
• 1,5 stəkan soyuq süd

Hazırlanma qaydası:
 
 Yumurtalar və şəkər tozu yaxşıca qarışdırılır. Digər içlik isə sıra ilə əlavə edilir. Püre halına salınan ispanaq da əlavə edilib qarışdılır.
Keks xəmiri əldə edənə kimi qarışdırın.    
 
170 dərəcə temperturda sobada bişirin. Bişdikdən sonra kənarlarını kəsib ovxalayın. daha sonra keksin arasına, kənarlarına zövqünüzə görə krem vurun. Ayırmış olduğunuz qırıntıları dekorasiya kimi istifadə edə bilərsiniz. Nuş olsun!

Milli.Az