Tələbə qız minlərlə metr yüksəklikdən uçan təyyarədən yıxıldı - FOTO

1 Avqust 2019 17:44

Madaqaskarda dəhşətli hadisə baş verib.

Milli.Az redaktor.az-a istinadən xəbər verir ki, Böyük Britaniya vətəndaşı, Kembric univeristetinin 19 yaşlı tələbəsi, yüngül mühərrikli təyyarə ilə gəzinti zamanı minlərlə metr yüksəklikdən yerə yıxılıb.

Onun cəsədini tapmaq hələlik mümkün olmayıb. Hadisə zamanı təyyarədə bir pilot və daha iki sərnişin olub. Tələbənin təyyarədən hansı səbəbdən yıxıldığı məlum deyil.

Milli.Az