Ötən gecə Şəkiyə yağan dolu fəsadsız ötüşməyib.
Milli.Az gecə saatlarında Şəkiyə düşən güclü dolunun videosunu təqdim edir:
Yağan dolu nəticəsində Şəkinin Dövlət Yol Polisi inzibati binasının dam örtüyü uçub.
Qeyd edək ki, videonu sosial şəbəkə hesabından aktrisa-aparıcı Könül Yusif qızı paylaşıb. Könül təbiətin bu şıltaqlığı qarşısında təəccübünü gizlədə bilməyib. Aparıcı hətta belə dolunu "Birinci dəfədir görürəm" deyib.
Məhəmməd Vaqif
Milli.Az