Filipp Kirkorov Bakıda yeni şou proqramını təqdim edəcək - FOTO

1 Avqust 2019 08:28

Rusiya estradasının kralı, xalq artisti Filipp Kirkorov oktyabrın sonunda Bakıda yeni şou-proqramını təqdim edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə müğənni öz "Instagram" səhifəsində yazıb.

Hazırda Bodrumda istirahət edən F.Kirkorov bu günlərdə keçirilmiş JARA festivalını xatırladıb və bu tədbirə görə təşkilatçılara təşəkkürünü bildirib:

"Biz artıq Bakı üçün darıxırıq! Oktyabrın 30-31-də mənim yeni "Əhvalın rəngi" şou proqramımın premyerasında görüşənədək!"

Milli.Az