Bakıda 100-ə yaxın məntəqədə yeni dayanacaq pavilyonu quraşdırılıb - FOTO

31 İyul 2019 13:40

Vətəndaşlarımıza rahat və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədi ilə ictimai nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi işləri davam etdirilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, daxil olan vətəndaş müraciətləri nəzərə alınmaqla eyni zamanda Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri tərəfindən aparılan təhlillərin nəticələrinə uyğun olaraq bu ilin əvvəlindən indiyədək 100-ə yaxın məntəqədə yeni dayanacaq pavilyonu quraşdırılıb. Ən son Pirallahı rayonunda 6 yeni dayanacaq məntəqəsi təşkil edilib və pavilyon qoyulub.

Yeni pavilyonların quraşdırılması ilə yanaşı, mövcud olanlardakı çatışmazlıqlar da aradan qaldırılır. İşlər əsasən ətraf kənd və qəsəbələrdə həyata keçirilir.

Milli.Az