Feridun və Teomandan "Ayrılsakda Beraberiz" sürprizi - 20 il sonra

31 İyul 2019 15:41

Türkiyə televiziya məkanına özünəməxsus rəngarənglik qatan "Ayrılsak da Beraberiz" serialı 90-cı illərdə Azərbaycanda da ən çox sevilən seriallarından biri idi.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, serialın Temon və Feridunu 20 il sonra dostluqlarını nümayiş etdiriblər.

Feridunu canlandıran Necmi Yapıcı serialdakı səhnələrdən birini eynilə təkrarladıqları fotonu "1999-2019. 20 illik köhnəlməyən dostluq" qeydi ilə paylaşıb.Teomanı canlandıran Hakan Yılmaz isə eyni fotonu "Ət və dırnaq kimi" qeydi ilə izləyicilərinin ixtiyarına verib.

Dostların nostaljik fotoları çox maraqla qarşılanıb.

Milli.Az