"Şeytan çarxı"na çıxan kişi lüt soyunub, özünü atdı - FOTO

31 İyul 2019 15:08

50 yaşlı kişi şeytan çarxının başına çıxaraq özünü 45 metr hündürlükdən atıb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, hadisə Aralıq dənizi sahillərində, İtaliyanın Rimini vilayətində baş verib.

Hadisə şahidlərinin dediyinə görə o, intihar etməzdən əvvəl lüt soyunub. Dövrə üzrə hərəkət edən çarxın üzərinə çıxan kişinin ingilis olduğu deyilir.

Onun həyatını xilas etmək mümkün olmayıb. Adı hələlik açıqlanmayan şəxsin intihar səbəbi də bilinmir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

İsmayıl
Milli.Az