Ölümə səbəb olan xəyanət - 18 yaşlı qızın telefonuna gələn şəkli açan kişi dəhşətə gəldi - FOTO

30 İyul 2019 10:06

32 yaşlı kişi ona xəyanət edən sevgilisini qətlə yetirib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, İngiltərədə, Londonun şimal-şərqində yaşayan 32 yaşlı Skott Klifford 18 yaşlı sevgilisini bıçaqlayıb.

O, 18 yaşlı qıza 50 bıçaq zərbəsi endirib. Nataşa Hill adlı qız qan içində qıvranarkən Skott təcili tibbi yardım çağırmayıb. O, 1 saat sonra həkim çağırıb. Nataşa xəstəxanada dünyasını dəyişib.

Skot hadisə yerinə gələn həkimlərə qızın pilləkənlərdən yıxıldığını söyləyib. Vəziyyətdən şübhələnən həkimlər polis çağırıblar. Skot şübhəli kimi saxlanılıb.

Məhkəmədə bildirilib ki, Skottun əsəbləşməsinə səbəb Nataşanın xəyanət etməsi olub. Belə ki, qızın telefonuna gələn mesajı açan Skot əsəblərinə hakim ola bilməyib. Başqa kişinin lüt şəklini görən Skot Nataşanı bıçaqlayıb.

İsmayıl
Milli.Az