Milinkoviç-Saviç Mançester təmsilçisinə keçməyə yaxındır

29 İyul 2019 23:50

"Latsio"nun yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviç karyerasını İngiltərədə davam etdirməyə yaxındır.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Mançester Yunayted" 24 yaşlı futbolçu ilə razılıq əldə edib. Yaxın günlərdə futbolçunun meneceri danışıqları davam etdirmək üçün İngiltərəyə gedəcək.

Futbolçunun "qırmızı şeytanlar"la 2024-cü ilədək müqavilə imzalayacağı və illik 6 milyon avro qazanacağı bildirilir. "Mançester Yunayted" bu transfer üçün "Latsio"ya 75 milyon +15 milyon avro (bonus) ödəyəcəyi bildirilir.

"Mançester Yunayted"in Sergeyi "Real"ın transfer hədəfində olan Pol Poqbanın əvəzləyicisi kimi planlaşdırdığı deyilir.

Serbiyalı futbolçu, son mövsümdə keçirdiyi 41 oyunda 7 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Milli.Az