Rasim Musabəyov: "Ərdoğan müharibə variantını ciddi şəkildə ortaya qoyacaq"
13 Aprel 2010 09:50
- Rasim müəllim, bu gün baş tutması gözlənilən Ərdoğan-Obama görüşündən gözləntiləriniz nədir? Sizcə Obama Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesindən Dağlıq Qarabağ problemini ayırmağı şərt kimi qoya bilərmi?
- Fərz edirəm ki, iki prezident görüşmənin yekunu olaraq birgə bəyanat verəcəklər. Obama protokolların ruhuna uyğun olaraq dialoqun davam etdirilməsini istəyəcək. Əslində inanmıram ki, Obama Ərdoğanı Qarabag şərtindən geri çəkilməyə razı sala bilsin. Obamanın buna cəhd göstərməsi mümkündür. Amma Ərdoğan psixoloji baxımdan üstündür. Sinirlioğlunu məhz Yerevana göndərməklə bir növ manevr edərək, Obamanın əlindən bu imkanı alıb.
- Vaşinqtonda ikinci Sürix olayının yaşanması ehtimalını necə dəyərləndirisiniz?
- Belə hadisənin yaşanmasını ehtimal belə etmirəm. Ərdoğan bu məsələdə arqumentsiz deyil. İlkin olaraq Ərdoğan Konqresin xarici əlaqələr komissiyasında qəbul edilən məlum qətnamədən duyduğu narahatlığı Obamanın diqqətinə çatdıracaq. Bir daha ABş prezidentinin diqqətinə çatdıracaq ki, bu qətnamə əslində prosesi bir az da dalana dirəyir. Ehtimal ki, hansısa bir müharibə variantını da ciddi şəkildə ortaya qoyacaq. Çox güman ki, Azərbaycanın narahatçılığını da görüş zamanı ifadə edəcək.
- Yəqin ki, Ermənistan Konisititutsiya Məhkəməsinin protokollara etdiyi əlavələri də gundəmə gətirəcək.
- Bu təmamilə real görünür. Əslində Sürixdə imzalanan sənədin prinsipləri ilə ziddiyət var burada. Ermənilər bu prptokolların bəzi bəndlərindən geri çəkiliblər. Ona görə də Ərdogan ermənilərə ağıl verməyə çalışacaq ki, Qarabağ probleminin həllində irəliləyiş olmadan sərhədlər açılmayacaq.
- Rasim müəllim, artıq Ərdoğan Sarkisyanla görüşüb. Görüşdən sonra detallı rəsmi açıqlama olmadı.
- Son dəfə Ərdogan Sarkisyanla 14 ay öncə Davosda görüşmüşdü. Bundan sonra Ermənistan Konstitusiya məhkəməsinin dəyişiklikləri baş verib. Ola bilsin ki, Ərdoğan bununla bağlı narahatlığını bir daha Sarkisyana çatdırıb. Hesab edirəm ki, Ərdoğan reağun olaraq, Azərbaycansız bu məsələnin həllinin mümkün olmayacağını bir daha Ermənistan prezidentinin nəzərinə çatdırıb. Obama ilə isə Ərdoğan sabah görüşəcək. Hadisələrin yekununu gözləmək lazımdır.
K.Əliyev
Milli.Az
Uyğun linklər:
Ərdoğan-Sarkisyan danışıqları: Qarabağ "soyducu"da qalası oldu?
Obama Türkiyə və Ermənistanı münasibətləri normallaşdırmağa çağırıb
Ərdoğan "erməni soyqırımı" iddialarını rədd etdi
Ərdoğanla Sarkisyanın
görüşü başa çatdı - YENİLƏNİB
Ərdoğanın elçisi
Sarkisyanın "həri"sini aldı
Vaşinqtonda ikinci Sürix
sürprizi olacaqmı?
Ərdoğanın xüsusi elçisi
Bakıda
Türkiyə vasitəçilik
missiyasını üzərinə götürür?
Türkiyə
baş nazirinin xüsusi elçisi Azərbaycana gəlir