Milli üzvləri jurnalistlərin önünə çıxacaq

12 Aprel 2010 20:50
Bu gündən Bakı şəhərində Azərbaycan milli komandasının təlim-məşq toplanışı başlayıb.

AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən Fanat.az-a bildirilib ki, millimiz hazırılq prosesi ərzində hər gün 2 dəfə məşq edəcək.

Millinin sabaha mətbuat üçün açıq məşqi nəzərdə tutulub. Əvvəlcə məşqin saat 11.20-də başlayacağı bildirilsə də, sonradan vaxt dəyişdirilib. Beləliklə yığma üzvləri saah saat 10.30-da Tofiq Bəhramov adına Respublika stadionunda jurnalistlərin önünə çıxacaq.

/Fanat.az/