Qəza nəticəsində 27 baş qoyun tələf oldu - FOTO

28 İyul 2019 22:20

Bakı-Şamaxı Yevlax yolunun 204 kilometrliyində, Göyçay rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında Qaraməryəm kəndindən Göyçay rayonu istiqamətində hərəkətdə olan Ucar rayonu sakini 59 yaşlı Mütəllim Bağıyevin idarə etdiyi yük avtomobili yolunun hərəkət hissəsində olan qoyunları vurub.

Qəza nəticəsində Göyçay rayon Bığır kənd sakini Eldəniz Cəbrayılova məxsus 27 baş qoyun tələf olub.

Milli.Az