"Tottenhem" Dibala ilə maraqlanır

28 İyul 2019 18:30

"Yuventus" ulduz futbolçusu Paulo Dibalanı bu yay satmağı planlaşdırır.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "qoca sinyora" onunla bağlı gələn təklifləri dəyərləndirir.

Argentinalı hücumameyilli oyunçu hazırda ən çox "Tottenhem"in diqqət mərkəzindədi. Londonlular ilk təmasında qarşı tərəfə 50 milyon avro təklif etsə də, turinlilər "yox" cavabını verib. Premyer Liqa təmsilçisi növbəti təklifinə hazırlaşır.

"Yuventus" Dibaladan "Mançester Yunayted"in hücumçusu Romelu Lukakunun transferində də yararlana bilər.

Milli.Az