Kutrone Premyer Liqaya keçir

28 İyul 2019 15:55

"Milan"ın hücumçusu Patrik Kutrone klubunu dəyişəcək.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, italiyalı hücumçu Premyer Liqa təmsilçisi olan "Vulverhempton"a keçməyə yaxındır. "Milan"da əsas heyətə düşməkdə çətinlik çəkən futbolçu üçün Wolverhampton 18+4 milyon avro ödəyəcək. 

Qeyd edək ki, 21 yaşlı Kutrone ötən mövsüm ərzində 42 oyuna 9 qol vurub.

Milli.Az