Gürcüstanda yük maşını dərəyə aşıb, ölənlər var

28 İyul 2019 08:43

Gürcüstanda yük maşını 400 metr dərinliyində dərəyə aşıb.

Trend-in "İMEDİ" telekanalına istinadən verdiyi məlumata görə, yük maşınının dərəyə aşması nəticəsində 5 nəfər həlak olub

Bildirilir ki, yük maşınında ümumilkdə 12 nəfər olub. Onlar Zemo Alvani kəndindən Omalo kəndinə gedirlərmiş.

Hadisə yerində xilas edicilər işləyir. Axtarış-xilasetmə işlər davam etdirilir.

Milli.Az