Keçmiş naziri 9 ilədək həbs gözləyir

27 İyul 2019 16:46

Gürcüstanın ötən gün saxlanılan keçmiş Müdafiə naziri İrakli Okruaşviliyə qarşı rəsmi ittiham irəli sürülüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, eks-nazir 20-21 iyunda Tbilisidə keçirilən etiraz aksiyalarını qızışdırmaqda və dövlət çevrilişinə cəhddə günahlanıdırlıb.

Okruaşvilinin günahı sübuta yetirilərsə, onu 6 ildən 9 ilədək həbs gözləyir.

Milli.Az