Asus ROG Phone 2 oyun smartfonunun qiyməti məlum oldu

30 İyul 2019 21:05

"Asus ROG Phone 2" 870 dollar qiymətinə təklif olunacaq.

Bu günlərdə geymerlər (oyunçular) və təcrübəli Android istifadəçiləri üçün nəzərdə tutulmuş "Asus ROG Phone 2" oyun smartfonu təqdim edilib.

Milli.Az ted.az-a istinadən bildirir ki, istehsalçı cihaz barədə bütün detalları paylaşıb, yalnız qiymət kimi vacib bir məqam kadr arxasında qalıb. Tanınmış insayder Mukul Şarma (Mukul Sharma) özünün "Twitter" səhifəsində "Asus ROG Phone 2" telefonunun 870 dollar qiymətə təklif olunacağı barədə məlumat dərc edib.

Xatırladaq ki, smartfon 6,59 düym diaqonallı 2340x1080 piksel göstəriciləri olan AMOLED ekran, "SoC Snapdragon 855 plus", 12 GB operativ yaddaş LPDDR4X və 512 GB UFS 3.0 fləş yaddaşa sahibdir.

Cihaz 6000 ma·s güclü batareyaya malikdir ki, bu da 7 saat PUBG oyununu oynamağa kifayət edir. "ASUS ROG Phone 2"də 30 vat gücündə olan sürətli enerji yığma dəstəyi də var. Yenilik 4 MP əsas sensor və 13 Mp geniş bucaqlı, optikalı sensor bazasına əsaslanan ikili arxa kameraya malikdir. Ön kameranın göstəricisi 24 Mp-dir.

Milli.Az